Səni axtarırıq!

Ayaz Karimov
3 min readFeb 19, 2021

Inskillz Estoniya mərkəzli təhsil (ed-tech) şirkətidir və şirkətimiz yeni qurulmasına baxmayaraq sürətlə böyüyür. Buna görə də hal-hazırda komandamıza 6 nəfər təcrübəçi axtarırıq. Bu xüsusi təcrübə proqramıdır və proqram boyunca sizə seçildiyiniz pozisiya ilə bağlı təlimlər veriləcək.

Inskillz nədir?

Inskillz ümumilikdə 3 əsas produktdan ibarətdir:

  1. Inskillz Academy: 15 yaşından böyük şəxslər üçün onlayn təhsil platformasıdır.
  2. Inskillz Junior: 6–18 yaş arasında olan uşaqlar üçün təhsil və tədbirlər
  3. Community: Bizim iki əsas Facebook qrupumuz var və bu platformalara maraqlı olan insanları bir yerə toplayırıq.
  4. Bartrender Newsletter: Bu həftəlik olaraq göndərilən marketinq bülletenidir.

Təcrübə proqramının müddəti nə qədərdir?

15 Mart — 15 Sentyabr

Necə müraciət etmək olar?

Müraciət etmək üçün CV-i, təcrübə proqramına olan marağınızı və ən güclü tərəflərinizi qısa şəkildə yazıb, team@bartrender.co elektron poçt adresinə göndərməyiniz lazımdır. Müraciət edərkən seçdiyiniz pozisiyanın adını elektron poçtun “Mövzu (Subject)” hissəsinə qeyd etməyiniz vacibdir.

Müraciət üçün son tarix nə vaxtdır?

5 Mart 2021-ci il.

Nəticələr nə vaxt elan olunacaq?

12 Mart 2021-ci il.

Seçim necə olacaq?

Bu təcrübə proqramına seçim 2 mərhələdən ibarətdir. İlkin mərhələ team@bartrender.co elektron poçt adresinə lazımi məlumatlar göndərməkdir. İkinci mərhələdə isə sizinlə müsahibə edəcəyik.

Hansı pozisiyalar üzrə təcrübəçilər seçiləcək?

  • Product Intern
  • Product Marketing Intern
  • Community Growth Marketing Intern

Hər bir pozisiya ilə bağlı ətraflı məlumatı aşağıda tapa bilərsiniz.

Hansı bacarıqların namizədlərdə olması arzuolunandır?

  • Google Docs, Google Sheets-də bəsit bacarıqlara sahib olmaq.
  • Azərbaycan dilində sərbəst şəkildə özünü ifadə etmək (xüsusi ilə yazılı şəkildə)
  • Hər hansı əlavə bir xarici dil bilmək
  • Öyrənmə istəyi. Biz bütün tapşırıqların necə olunmasını birinci başa salacağıq və bununla bağlı təlimlər verəcəyik, lakin təcrübəçidən də aktiv şəkildə öyrənməyə meyilli olması onun üçün böyük üstünlükdür.
  • Məsuliyyətli olmaq. Təcrübəçilərin onlara verilən tapşırıqları vaxtında təhvil vermələri olduqca vacibdir.

Biz nə təklif edirik?

  • Görəcəyiniz hər hansı iş barəsində sizin əvvəlcədən dərin biliklərə sahib olmağınız vacib deyil, biz sizə hər şeyi sıfırdan öyrədəcəyik.
  • İki həftədə bir hər təcrübəçiyə xüsusi olaraq təlim proqramı hazırlayacağıq və sizə seçildiyiniz pozisiya üzrə lazım olacaq Figma, Canva və s. kimi proqramlardan istifadə etməyi öyrədəcəyik.
  • Bütün pozisiyalar üçün qəbul olunacaq təcrübəçilər yarımştat olaraq işləyəcək və bütün təcrübə proqramı tamamı ilə onlayn şəkildə təşkil olunacaq.
  • Proqramın sonunda hər təcrübəçiyə tövsiyə məktubu veriləcək.
  • Proqram boyunca sizə kariyeranızla bağlı mentorluq edəcəyik. Bunun üçün hər təcrübəçi ilə xüsusi təkbətək görüşlər təşkil edəcəyik.
  • Proqram sonunda hər bir təcrübəçinin işə alınması üçün dəyərləndirmə olacaq və uğurlu təcrübəçilər işlə təmin olunacaq.

Təcrübəçilər üçün məvacib nəzərdə tutulmayıb.

Product Intern (1 nəfər)

Bu pozisiya Inskillz Academy platforması üçün nəzərdə tutulub.

Bu təcrübə proqramı çərçivəsində sizin görəcəyiniz işlər aşağıdakılar olacaq:

  • Müştəri araşdırmalarını təşkil etmək
  • Produkt üçün yol xəritəsinin hazırlanmasında dəstək olmaq
  • Stratejik data analizləri etmək

Product Marketing Intern (3 nəfər)

Bu pozisiya Inskillz Junior, Bartrender Newsletter platformaları üçün nəzərdə tutulub.

Bu təcrübə proqramı çərçivəsində sizin görəcəyiniz işlər aşağıdakılar olacaq:

  • Bazar araşdırması etmək
  • Kontentləri hazırlamaq
  • Stratejik data analizləri etmək

Community Growth Marketing Intern (2 nəfər)

Bu pozisiya Community platforması üçün nəzərdə tutulub.

Bu təcrübə proqramı çərçivəsində sizin görəcəyiniz işlər aşağıdakılar olacaq:

  • Vebinarların təşkili və marketinqi
  • Sosial media analizi
  • Stratejik data analizləri etmək
  • Qrupun uğur metriklərinə uyğun böyüdüyündən əmin olmaq

Əlavə suallarınız olarsa, team@bartrender.co elektron poçt adresinə email yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz.

--

--